"Changers Academy” AzMİU-da təqdimat keçirdi!
Azərbaycan Memarlıq və İnşaat Universitetində "Changers Academy” tərəfindən təşkil olunan təqdimat
çərçivəsində tələbələr memarlıq və tikinti sahəsində müasir trendlər, innovativ
yanaşmalar və karyera imkanları ilə tanış olublar. Tədbir "Kristal" tikinti şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib.

Təqdimat zamanı müxtəlif istiqamətlər üzrə tədris
proqramlarını təmsil edən instruktorlar çıxış edərək tələbələrə real layihələr
əsasında praktiki biliklər təqdim ediblər. Proqram çərçivəsində aşağıdakı
mövzular əhatə olunub:
·Böyük tikinti komplekslərinin
vizuallaşdırılması və animasiyası;
·Süni intellektin memarlıq
dizaynında rolu və tətbiq sərhədləri;
·Digital memarlıq və
layihələndirmə prosesləri;
·Fasad mühəndisliyi və müasir
texniki həllər;
·Tikinti layihələrinin idarə
olunması.

Çıxışlar zamanı qeyd olunub ki, texnologiyanın sürətli
inkişafına baxmayaraq, memarlıq və tikinti sahəsində insan faktoru həlledici
olaraq qalır. Xüsusilə fasad mühəndisliyi, tikinti layihələrinin idarə olunması
və kompleks dizayn prosesləri kimi istiqamətlər süni intellekt tərəfindən tam
əvəz olunmayan sahələr kimi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində tələbələr qısa müddətdə həm nəzəri, həm
də praktiki biliklər əldə edib, real tikinti layihələrində istifadə olunan
vizual və texniki yanaşmalarla tanış olublar. Təlimin sonunda sual-cavab
sessiyası təşkil olunub və iştirakçılar üçün xüsusi endirim imkanları təqdim
edilib.
"Changers Academy” "Kristal" tikinti şirkətinin rəsmi tərəfdaşıdır və təlimlərin praktiki
hissəsi məhz şirkətin real tikinti layihələrində həyata keçirilir. Bu yanaşma
tələbələrin biliklərini real iş mühitində tətbiq etməsinə şərait yaradır.

Akademiyanın əsas məqsədi iştirakçıları əmək bazarında
rəqabət aparacaq səviyyəyə çatdırmaq, onlara real layihələr üzərində formalaşan
praktik bacarıqlar qazandırmaqdır.

Əgər siz də real bacarıqlar qazanaraq yüksək maaşlı və
perspektivli karyera qurmaq istəyirsinizsə, "Changers Academy”in tədris
proqramlarına müraciət edə bilərsiniz.
Telefon: +994 10 255 75 55
E-mail: [email protected]
Ünvan: İnşaatçılar
metrostansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 110
Şərhlər