"Kristal”ın premium yaşayış konsepsiyasını yeni səviyyəyə daşıyan "City Garden Narimanov” layihəsi Bakının mərkəzində yerləşən unikal yaşayış kompleksidir. 17
hektardan artıq geniş yaşıllıq zonası, müasir memarlıq həlləri, zəngin
infrastruktur və tam təmirli mənzilləri ilə layihə şəhər həyatının ritmini yüksək
komfort və premium yaşam tərzi ilə bir araya gətirir.
Şəhərin əsas
nöqtələrinə yaxın yerləşməsi ilə seçilən "City Garden Narimanov” sakinlərinə
həm dinamik şəhər həyatını, həm də təbiətlə harmoniyada rahat və prestijli
yaşam imkanını təqdim edir.

Kompleks "N.Nərimanov”
metro stansiyasından cəmi 720 metr məsafədə, "Heydər Əliyev” prospektinə yaxın ərazidə,
ümumilikdə 21 hektarlıq sahədə inşa olunur. Burada hazır və tikilməkdə olan
2, 3, 4 otaqlı mənzillərlə yanaşı, studiya tipli mənzillər də mövcuddur. Mənzillər
Avropa standartlarına uyğun premium təmirli şəkildə təhvil verilir, bəzi mənzillərdə
isə şəxsi bağça imkanı olan eksklüziv seçimlər mövcuddur.

Maliyyələşmə
baxımından layihədə rahat şərtlər təqdim olunur: Hazır mənzillər üçün ilkin ödəniş 30%, tikintisi davam edən
mənzillər üçün isə 20% olmaqla, 20 ilədək ipoteka imkanı təqdim olunur. Bundan əlavə,
30% ilkin ödənişlə 36 ayadək daxili kreditdən də yararlana bilərsən.
Tikinti keyfiyyəti isə layihənin ən güclü tərəflərindən
biridir. Burada beton pərdə sistemi, tava tipli bütöv təməl və 12 metr dərinliyə
enən möhkəm beton dayaqlar tətbiq olunur. Ən vacib fərqlərdən biri armatur birləşmələrində
istifadə olunan müasir mufta texnologiyasıdır. Bu sistemdə armatur hissələri
birbaşa bir-birinə birləşdirilir və yük poladdan-polada ötürülür. Nəticədə
konstruksiya daha dayanıqlı olur və xüsusilə zəlzələ zamanı daha etibarlı
davranır.

Kompleksdə daxili
təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunur: Almaniyanın "HARO”parketi, İtaliya istehsalı "GEWISS” elektrik sistemi, "Prysmian” yanmayan
kabellər, "GROHE” sanitar avadanlıqları, "Zambaiti Parati” divar
örtükləri və "Infinity” keramoqranitlər. Bütün mənzillər işıqlı və geniş
planlama ilə dizayn edilib, yerdən tavana qədər panoramik pəncərələr isə məkanlara
açıq və rahat atmosfer bəxş edir. Səs və istilik izolyasiya sistemləri isə
maksimum komfort üçün xüsusi olaraq tətbiq olunub.
Layihənin ən
böyük üstünlüklərindən biri 17,3 hektarlıq geniş yaşıllıq sahəsidir. Burada 3
km yürüş, 1,5 km velosiped və qaçış zolaqları, həmçinin futbol, basketbol və
tennis meydançaları, açıq hava fitness zonası və istirahət məkanları sakinlərin
istifadəsinə verilib. Dekorativ hovuzlar, piknik və istirahət zonaları isə şəhər
içində sakit və balanslı həyat mühiti yaradır.

Təbiət və şəhər
həyatını birləşdirən "City Garden Narimanov” müasir, rahat və premium
yaşam axtaranlar üçün ideal seçimdir.
Əgər
sən də vaxt itirmədən yeni evinə köçmək istəyirsənsə, qərarı çox gecikdirmədən
layihənin satış ofisinə yaxınlaşa və ya*1544nömrəsinə
zəng edərək ətraflı məlumat ala bilərsən.
Ətraflı:*1544
və ya 050 293 10 10
Ünvan:Nərimanov rayonu, Xəzri küçəsi
kristal.az
Şərhlər