Azərbaycanın aparıcı internet provayderi Citynet yenilənmiş
strategiyası ilə qabaqcıl texnologiyalara daha geniş miqyasda keçid edib. "Citynet
ilə rahat yaşa” şüarı müştərilərin gündəlik həyatında internetdən istifadə
prosesini daha sadə və rahat etməyə yönəlmiş öhdəliyi ifadə edir.
Artıq istənilən tarifə cəmi 3 kliklə qoşulmaq
mümkündür. Tamamilə yenilənmiş veb-saytdaha sadə, sürətli və mobil
cihazlara tam uyğun interfeys təqdim edir. Bundan əlavə,yenilənmiş mobil
tətbiqvasitəsilə abunəçilər hesab idarəsi, balans yoxlaması, avtomatik ödəniş,
operativ xəbərdarlıqlar və dəstək kimi imkanlara asanlıqla qoşula biləcəklər. Tətbiq
həm iOS, həm də Android platformalarında əlçatandır.
Yeni strategiya çərçivəsində Citynet mövcud tarif xəttini
də optimallaşdırıb. Artıq hər bir istifadəçi öz büdcəsinə və istifadə vərdişlərinə
uyğun təklifi rahatlıqla seçə biləcək. Bundan əlavə, Citynet xüsusi "TələbəPlus”
və sosialyönümlü "Qayğı” paketlərini də təqdim edib. Hər iki tarif haqqında ətraflı
məlumatı www.citynet.az saytından əldə edə bilərsiniz.
Citynet yenilənmiş strategiyasını vizual kimlik üzərindən
də əks etdirir. Yeni brend kimliyində hər bir element xüsusi məna daşıyır: dairə
fasiləsiz xidməti, əyri xətlər isə sürətli internetin dinamik və axıcı təbiətini
simvollaşdırır. Loqoda "c” hərfi mərkəzi element, nöqtə isə etibarlı və
dayanıqlı əlaqənin mərkəzini təmsil edir. Wi-Fi işarəsi "rahat əlaqə” ideyasını,
parlaq çəhrayı fiber optik şüanı, yaşıl rəng isə güclü siqnalı əks etdirir. Citynet
optimallaşdırılmış tariflər, daha əlçatan xidmətlər, gücləndirilmiş müştəri dəstəyi
və istifadəçi ehtiyaclarına uyğun həllərlə hər kəs üçün daha rahat rəqəmsal təcrübə
yaradır.
Qeyd edək ki, Citynet yüksəksürətli internetlə
yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. Citynet tv vasitəsilə istifadəçilər"Digiturk”,
"Setanta Sports”, "Dizi Channel”, "FilmBox”kimi seçilmiş kanalları izləyə,
həmçinin"YouTube”, "Netflix”, "Amazon Prime” və "Spotify”kimi
populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər.
Citynet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan Citynet
yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim
edir. Citynet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş
xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. Citynet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.
Şərhlər