Bank Respublika EBRD-nin Riqada keçirilən İllik Toplantısında növbəti mükafat qazandı!
Bank Respublika Avropa Yenidənqurma və İnkişaf
Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP)
çərçivəsində 2025-cı il üzrə"Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb. Bu mükafat bankın
beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində göstərdiyi yüksək
nəticələrin və etibarlı tərəfdaş mövqeyinin növbəti beynəlxalq təsdiqidir.
Mükafatlandırma mərasimi EBRD-nin Rəhbərlər
Şurasının Latviyanın paytaxtı Riqa şəhərində keçirilən illik toplantısı
çərçivəsində baş tutub. Qeyd edək ki, bu mükafat "Bank Respublika”nın bu sahədə dördüncü il ardıcıl olaraq qazandığı
uğurudur.
Qazanılan uğur Bank Respublika-nın beynəlxalq
maliyyə institutları ilə qurduğu möhkəm əməkdaşlıq münasibətlərinin, eləcə də
ticarətin maliyyələşdirilməsi sahəsində çalışan peşəkar komandasının ardıcıl
fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq və
regional ticarətdə artan rolunun və ölkə bank sektorunun yüksələn potensialının
göstəricisi kimi qiymətləndirilə bilər.
Bank Respublika sahibkarlıq subyektləri və
korporativ müştərilər üçün ticarətin maliyyələşdirilməsi üzrə müasir məhsul və
xidmətlər təqdim etməyə davam edir. Bank ölkə iqtisadiyyatının dayanıqlı
inkişafına, bizneslərin beynəlxalq bazarlara çıxış imkanlarının
genişləndirilməsinə və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə
verməyi strateji prioritetlərindən biri hesab edir.
📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸Instagram | 🔗LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144
Şərhlər