Mənzil
seçərkən alıcıların diqqət yetirdiyi əsas məqamlardan biri tikinti və təmir
keyfiyyətidir. Çünki ev yalnız yaşayış məkanı deyil, həm də uzun illər üçün
komfort və təhlükəsizlik təmin edən bir investisiyadır. Məhz bu yanaşmanı əsas
götürən "Kristal"ın "City Garden
Narimanov"layihəsi paytaxtın ən müasir və genişmiqyaslı yaşayış
komplekslərindən biri kimi seçilir.
Şəhərin
coğrafi mərkəzində, "Nəriman Nərimanov” metro stansiyasından bir neçə
dəqiqəlik məsafədə yerləşən "City Garden Narimanov” sakinlərinə şəhər həyatının
bütün üstünlüklərini geniş yaşıllıq ərazisi ilə bir arada təqdim edir. 17,3
hektarlıq ərazidə inşa olunan layihədə sahələri 59 m²-dən 169,74 m²-dək dəyişən
2, 3, 4 otaqlı və studiya mənzillər satışdadır. Alıcılara həm tikintisi
davam edən, həm də təhvilə yaxın mənzillər arasında seçim etmək imkanı
yaradılıb.

Layihə
mənzil sahibi olmaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları da
təqdim edir. Seçilmiş mənzillər üzrə 36 ayadək faizsiz daxili kreditimkanından yararlanmaq mümkündür. Eyni zamanda, bütün mənzillər 20 ilədək
ipoteka şərtləri ilə təklif olunur. "Evini hissə-hissə al” modeli isə
alıcılara minimum sahədən başlayaraq əlavə faiz və aylıq öhdəlik olmadanmənzillərinin sahəsini mərhələli şəkildə artırmağa imkan verir.
"City
Garden Narimanov”un əsas üstünlüklərindən biri bütün mənzillərin premium
təmirli şəkildə təhvil verilməsidir. Təmir prosesində Almaniyanın "HARO”parketləri və "GROHE” hamam aksesuarları, İtaliyanın "GEWISS”elektrik açarları, "Prysmian” yanmayan kabel infrastrukturu, "Zambaiti
Parati” divar kağızları kimi tanınmış brendlərin məhsullarından istifadə
olunur. Bu isə sakinlərə həm estetik görünüş, həm də uzunmüddətli istifadə
üstünlüyü qazandırır.

Layihədə
tikinti keyfiyyətinə xüsusi diqqət ayrılıb. Binaların inşasında beton pərdə
sistemi, tava tipli bütöv təməl və 12 metr dərinliyə qədər enən beton dayaqlar
tətbiq edilir. Armatur birləşmələrində istifadə olunan müasir mufta
texnologiyası isə konstruksiyanın möhkəmliyini artıraraq xüsusilə seysmik
dayanıqlılığa əlavə üstünlük qazandırır.
Mənzillər
gün işığından maksimum faydalanmaq üçün xüsusi planlaşdırılıb. Yerdən tavana
qədər uzanan geniş pəncərələr interyerə daha açıq və işıqlı atmosfer bəxş edir.
Həmçinin yenilənmiş səs və istilik izolyasiyası sistemləri sakinlərin rahatlığını
daha yüksək səviyyədə təmin edir.
"City
Garden Narimanov” yalnız yaşayış kompleksi deyil, həm də geniş infrastruktur
imkanları təqdim edən müasir şəhər məkanıdır. Layihənin 17,3 hektarlıq yaşıllıq
ərazisində 3 kilometrlik yürüş zolağı, 1,5 kilometrlik velosiped yolu, qaçış
zolaqları, futbol, basketbol və tennis meydançaları, açıq hava fitnes zonaları,
dekorativ hovuzlar, piknik və istirahət sahələri yaradılıb.

Kompleksin
infrastrukturu yalnız açıq hava ilə məhdudlaşmır. Daxilində fəaliyyət
göstərəcək mall, fitnes mərkəzi və uşaq bağçası sakinlərin gündəlik
ehtiyaclarını rahat şəkildə qarşılamasına imkan verəcək. Bundan əlavə, sentyabr
ayından etibarən özəl "LANDAU School”un fəaliyyətə başlaması layihənin
ailələr üçün cəlbediciliyini daha da artırır.
Layihə və
mövcud satış şərtləri barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət
edə və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı: *1544
və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu,
Xəzri küçəsi
kristal.az
Şərhlər