XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Elçin Məsiyev AÇ-nin 1/4 finalında
İdman11:15 26.05.2023

Elçin Məsiyev AÇ-nin 1/4 finalında

17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin qarşılaşmalarını idarə edən FIFA referisi Elçin Məsiyev daha bir vacib oyuna təyinat alıb.
Qaynarinfo-nun məlumatına görə, Məsiyev mayın 27-də AÇ-nın 1/4 final mərhələsi çərçivəsində baş tutacaq Polşa - Serbiya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər. 
UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.
Səbuhi Həsənov