Əksər turistlər həyatlarında ən azı bir dəfə varlılar kimi istirahət etmək istəyərlər. Xoşbəxtlikdən, nisbətən münasib qiymətə dəbdəbəli yaşayış yeri əldə edə biləcəyiniz yerlər var.
Qaynarinfo xəbər verir ki, Hotels.com onlayn platformasının 2026-cı il üçün Otel Qiymətləri İndeksi ilə bağlı son araşdırması dünyanın ən ucuz 10 beşulduzlu məkanını müəyyən edib.
Reytinqə ilk yeri Vyetnamın Nha Tranq şəhəri tutub. Burada 5 ulduzlu oteldə gecələmənin orta qiyməti 70 funt-sterlinq təşkil edir.
Lüks seqmentdə daha sərfəli təkliflər əldə etmək üçün ən optimal bron vaxtı gəlişdən təxminən bir həftə əvvəldir. Həmçinin bazar günləri axşam saatlarında daha ucuz qiymətlər təklif olunur.
Dünyanın ən ucuz 5 ulduzlu otellərinə sahib 10 şəhər
1. Nha Tranq, Vyetnam – 70 funt-sterlinq
2. Saraqosa, İspaniya – 120 funt-sterlinq
3. Vroslav, Polşa – 120 funt-sterlinq
4. Tirana, Albaniya – 130 funt-sterlinq
5. Riqa, Latviya – 130 funt-sterlinq
6. Zaqreb, Xorvatiya – 130 funt-sterlinq
7. Sofiya, Bolqarıstan – 135 funt-sterlinq
8. İraklion (Krit), Yunanıstan – 135 funt-sterlinq
9. Tallinn, Estoniya – 140 funt-sterlinq
10. Santo Dominqo, Dominikan Respublikası – 140 funt-sterlinq
Araşdırmada həmçinin bəzi şəhərlərdə 5 ulduzlu otellərin qiymətlərində azalma müşahidə edildiyi qeyd olunub. Ən böyük ucuzlaşma Fransanın Loir bölgəsində (32%) qeydə alınıb. Daha sonra Kanadanın Edmonton şəhəri (31%), ABŞ-ın Vircin adalarındakı Sent Tomas (30%), Almaniyanın Dortmund şəhəri (21%) və İtaliyanın Turin şəhəri (21%) yer alıb.
Aydın
Şərhlər