Expressbank – sosial
məsuliyyətinə sadiq maliyyə qurumu olaraq ətraf mühitin qorunmasına yönəlmiş
təşəbbüslərlə çıxış etməyə davam edir.
Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin dəstəyilə, "Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət
layihəsi çərçivəsində keçirilən növbəti aksiya zamanı Bankın baş ofis və Mingəçevir filialının əməkdaşları Mingəçevir su
anbarı hövzəsində yerləşən çimərlik ərazisində təmizlik işləri həyata
keçiriblər.
Aksiya "Şəhərsalma və Memarlıq İli”nin məqsəd və prioritetlərinə uyğun olaraq,
ölkənin strateji əhəmiyyətli şəhərlərindən biri olan Mingəçevirdə ekoloji tarazlığın qorunması və daha dayanıqlı, yaşayış
üçün əlverişli mühitin formalaşdırılmasına dəstək məqsədi daşıyıb.
Expressbank dayanıqlı inkişaf
prinsiplərini fəaliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi qiymətləndirərək
bu sahədə ardıcıl sosial layihələr həyata keçirir. Xatırladaq ki, Bankın ötən ilki analoji təmizlik aksiyası
Xəzər dənizi sahilində baş tutmuşdu.
Qeyd edək ki, Expressbank 16 filialı ilə fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri ilə bağlı sizə ən yaxın filialdan, www.expressbank.az saytından,
132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram”, "Facebook”, "LinkedIN” və "Telegram” sosial
platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili
kredit üçün bura keçid edin!

Şərhlər