Expressbankda növbəti
dəfə könüllü qanvermə aksiyası təşkil olunub.
8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş Ofisində baş tutan
aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən
insanlara dəstək olmaq olub.
Respublika Qan Bankı ilə əməkdaşlıq çərçivəsində keçirilən aksiya
zamanı donor olmaq istəyən əməkdaşlar əvvəlcə tibbi yoxlamadan keçirilib,
həkimlərin rəyinə əsasən sağlamlıq göstəriciləri uyğun hesab edilən şəxslərdən
qan götürülüb.
Təşəbbüsə Bankın rəhbər heyəti və Baş ofis
əməkdaşları ilə yanaşı paytaxt filiallarının əməkdaşları da qoşulub.
Qeyd edək ki, qanvermə aksiyaları
artıq uzun illərdir, Expressbankın korporativ sosial məsuliyyət
fəaliyyətlərinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. Bank
gələcək dövrdə də cəmiyyət üçün faydalı sosial layihələrin həyata keçirilməsini
planlaşdırır.
Expressbank Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkərandaolmaqla, 16
filialı ilə fəaliyyət göstərir.Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından,
132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram”, "Facebook”, "LinkedIN”
və "Telegram” sosial
platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili
kredit üçün bura keçid edin!
Şərhlər