Sahibkarların etibarlı maliyyə tərəfdaşı
Expressbank biznesini inkişaf etdirmək istəyən müştərilərinə qızıl təminatı ilə
mikro kredit məhsulunu təqdim edir.
Yeni
məhsul sahibkarlara fəaliyyətlərini genişləndirmək, dövriyyə vəsaitini
artırmaq, mal ehtiyatlarını yeniləmək və digər biznes ehtiyaclarını qarşılamaq
üçün əlavə maliyyə imkanı yaradır. Qızıl təminatı ilə mikro kredit məhsulu sahibkarların 50 000 AZN-dək vəsait əldə
edə bilməsini təmin edir.
Kredit 36 ayadək müddətə təqdim olunur və
müştərilər üçün 3 aya qədər güzəşt
müddəti nəzərdə tutulub. Sadə rəsmiləşdirmə prosesi və çevik şərtlər
sayəsində sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitinə daha operativ çıxış
əldə edə bilirlər.
FİFD: min. 24.07% - maks. 41.60%
Komissiya: 1.5% - 2%
Məbləğ:
500 – 50 000 AZN
Güzəşt müddəti: 3 ayadək
İllik faiz: min. 23% - maks. 29%
Qeyd edək ki, Expressbank 16 filialı ilə fəaliyyət göstərir. Qızıl təminatı ilə mikro kredit və digər xidmətlər ilə bağlı Bankın sizə ən yaxın filialından, www.expressbank.az saytından,
132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram”, "Facebook”, "LinkedIN” və "Telegram” sosial platformalarındakı
rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili
kredit üçün bura keçid edin!
Şərhlər