Ölkənin ilk
rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la
"FIFA 2026 Final Oyunu” kampaniyasının nəticələri açıqlanıb.
Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzrə dünyanın ən
möhtəşəm idman hadisələrindən birini yerində izləmək imkanı əldə edib.
Şanslı
iştirakçı FIFA 2026 final oyununa 2 nəfərlik biletlə yanaşı, ABŞ-yə tam təşkil
olunmuş səyahət paketinin sahibi olub. Paketə 4 gecəlik yerləşmə, hava limanı
transferləri, oyun və tədbirlərə nəqliyyat xidməti daxildir. Beləliklə, o,
dünya futbolunun ən möhtəşəm anlarından birini rahat və unudulmaz şəkildə
yaşamaq fürsəti qazanıb.
Təşkil
olunan mükafatlandırma mərasimində hədiyyə rəsmi olaraq qalibə təqdim olunub.
Tədbirdə Birbank və Visa nümayəndələri iştirak ediblər.
Mükafatın
sahibi Ş.Məmmədli sevincini bölüşərək bildirib: "Futbol üzrə Dünya
Çempionatının finalını stadiondan izləmək mənim üçün inanılmaz fürsətdir.
Üstəlik, səfərin bütün təşkilati detallarının düşünülməsi bu təcrübəni daha da
xüsusi edir. Bu, həyatım boyu yaşadığım unudulmaz təcrübələrdən biri
olacaq".
Xatırladaq
ki, kampaniya şərtlərinə əsasən qalib yeni Birbank Visa taksit kartı əldə edən
və Birmarket platformasında alış-veriş edən iştirakçılar arasında ən yüksək
alış-veriş dövriyyəsinə sahib müştəri seçilib.
Lotereyanın
qalibi haqqında məlumat: www.b-b.az/xfhwdL
Daim ən son
rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı
olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial
və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçünbirbank.azsaytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.
Şərhlər