Beynəlxalq
reytinq agentliyi Fitch Ratings Expressbankın uzunmüddətli emitent defolt
reytinqini (Long-Term Issuer Default Rating – IDR) "B+",
proqnozunu isə "Sabit" (Stable Outlook) səviyyəsində
təsdiqləyib. Eyni zamanda, Bankın dayanıqlılıq reytinqi (Viability Rating – VR)"b+" səviyyəsində saxlanılıb.
"Fitch Ratings”in qiymətləndirməsinə əsasən,
Expressbankın reytinqi Bankın müstəqil
maliyyə dayanıqlılığını, sağlam kapital mövqeyini, yüksək aktiv keyfiyyətini və
risklərin effektiv idarə olunması sahəsində formalaşdırdığı yanaşmanı əks
etdirir. Agentlik, xüsusilə Bankın aktiv keyfiyyəti və kapitallaşma göstəricilərini
reytinqin əsas üstünlükləri sırasında qiymətləndirib.
Hesabatda
qeyd olunur ki, Fitch Azərbaycan bank sektorunun fəaliyyət mühitinə dair
qiymətləndirməsini də "bb-" səviyyəsindən "bb"səviyyəsinə yüksəldib. Agentlik bu dəyişikliyi ölkədə bank nəzarətinin
gücləndirilməsi, riskəsaslı nəzarət mexanizmlərinin daha geniş tətbiqi və
makroiqtisadi sabitliyin qorunması ilə əlaqələndirir. "Fitch”in gözləntilərinə
görə Azərbaycanın bank sektorunda maliyyə göstəriciləri 2026–2027-ci illərdə də
ümumilikdə dayanıqlı qalacaq.
"Fitch
Ratings” Expressbankın universal biznes modelinə malik olduğunu, əsas fəaliyyət
istiqamətinin pərakəndə bankçılıq olduğunu və mikro, kiçik və orta
sahibkarlığın maliyyələşdirilməsinin Bankın prioritet istiqamətləri kimi
qaldığını vurğulayıb.
Hesabatda
Bankın yüksək kapitallaşma səviyyəsi xüsusi qeyd olunub. Belə ki, Fitch Core
Capital (FCC) göstəricisi 2025-ci ilin sonunda 20,6% təşkil edib və
agentlik baza ssenarisinə əsasən bu göstəricinin yaxın illərdə də 19%-dən
yuxarı qalacağını proqnozlaşdırır. Eyni zamanda, Bankın likvidlik mövqeyi
adekvat qiymətləndirilib və likvid aktivlərin müştəri depozitlərinin təxminən 29%-niəhatə etdiyi bildirilib.
Expressbankın
beynəlxalq kredit reytinqinin "B+" səviyyəsində, "Sabit"proqnozla təsdiqlənməsi Bankın maliyyə dayanıqlılığının, etibarlı biznes
modelinin və davamlı inkişaf strategiyasının beynəlxalq səviyyədə növbəti dəfə
təsdiqi hesab olunur.
Expressbank
gələcəkdə də korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin effektiv
idarə olunması və müştərilərinə innovativ maliyyə həllərinin təqdim edilməsi
istiqamətində fəaliyyətini davam etdirəcək.
Şərhlər