XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı açıqlandı
Ekonomiks16:35 30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı açıqlandı

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 218,9 min sərnişin daşınıb.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 min sərnişin və ya 3,34% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 1 milyon 179,5 min sərnişin daşınıb.
Hesabat dövründə hava nəqliyyatı ilə 115,2 min ton yük daşınıb. Bu isə illik müqayisədə 14,9 min ton və ya 11,45% azalma deməkdir.
Ötən ilin eyni dövründə hava nəqliyyatı ilə 130,1 min ton yük daşınıb.