"Kristal”ın şəhərin ən perspektivli
ərazilərindən birində reallaşdırdığı prestijli "Highland Residence"layihəsindən mənzil
sahibi olmaq istəyənlər üçün yeni fürsət var.Tikintisinin əsas hissəsi artıq
tamamlanmış yaşayış kompleksində dəniz və 43 hektarlıq "Gənclik” parkına
açılan mənzərəyə malik mənzillər sərfəli ipoteka şərtləri ilə satışa çıxarılıb.
Layihə çərçivəsində 52 kv.m-lik 2 otaq studiya
mənzillərdən 108 kv.m-lik 3 otaq mənzillərədək müxtəlif seçimlər təqdim olunur.Tikintisi
tamamlanmış binada yerləşən bu mənzillər 20 ilədək ipoteka imkanı ilə təklif
edilir. Yaxın zamanda təhvil veriləcək mənzillər həm rahat yaşayış, həm də
gəlirli investisiya üçün əlverişli seçim hesab olunur.

"Highland Residence” 8 Noyabr prospektinə və "Həzi
Aslanov” metro stansiyasına yaxın, paytaxtın ən iri yaşıllıq zonalarından biri olan "Gənclik”parkının birbaşa yanında yerləşir. Kompleksin əlverişli lokasiyası şəhərin əsas
istiqamətlərinə rahat çıxış təmin etməklə yanaşı, ətrafda yerləşən məktəb, uşaq
bağçası, klinika, fitnes mərkəzi və müxtəlif xidmət obyektləri sayəsində
sakinlərin gündəlik ehtiyaclarını maksimum komfortla qarşılamağa imkan yaradır.
Layihədəki bütün mənzillər yüksək keyfiyyət
standartlarına uyğun tam təmirli şəkildə təhvil verilir. Təmir işlərində
Almaniyanın "HARO” laminat və parketləri, "Grohe” hamam
aksesuarları, İtaliyanın "Zambaiti Parati” divar kağızları, "Gewiss”elektrik açarları və "Prysmian” yanmayan kabel infrastrukturu, həmçinin
Türkiyənin "Seranit” kafellərindən istifadə olunur. Mənzillər funksional
planlaşdırma, yüksək səviyyəli istilik və səs izolyasiyası ilə seçilir.

Kompleks sakinlərin rahatlığı üçün geniş
infrastrukturla təmin olunub. Burada 24/7 təhlükəsizlik sistemi, avtomobilsiz
və təhlükəsiz həyət konsepti, geniş yaşıllıq zonaları, uşaqlar üçün oyun
meydançaları, futbol və basketbol sahələri, eləcə də yeraltı və geniş
avtodayanacaq sakinlərin istifadəsinə verilir. Layihənin ən mühüm
üstünlüklərindən biri isə 300 mindən çox ağacı əhatə edən möhtəşəm "Gənclik”
parkının birbaşa yaxınlıqda yerləşməsidir.

Rahat yaşayış və sərfəli
investisiya imkanlarını bir araya gətirən "Highland Residence”layihəsində mənzil seçimi etmək üçün indi əlverişli zamandır. Layihənin
üstünlükləri və satış şərtləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün
layihənin satış ofisinə müraciət edə və ya *1544 nömrələsi iləəlavə
məlumat ala bilərsən.
Ətraflı:*1544
Ünvan: Xətai rayonu, "Gənclik"
parkının yanı
kristal.az
Şərhlər