Ölkənin ilk
rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim
olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız
ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər.
Belə ki,
istifadəçilər Birbank mobil tətbiqində "Tarixçə” bölməsindən ödənişin keçdiyi
marşrut nömrəsini, metro stansiyanın adını və gediş tarixini görə bilərlər. Bu
da vətəndaşlara gecikmiş ödənişlər zamanı çıxılan məbləğin konkret hansı gedişə
aid olduğunu ödəniş qəbzi vasitəsilə aydın şəkildə izləmək imkanı yaradır.
Yeni
funksiya NFC texnologiyası ilə bank kartı vasitəsilə həyata keçirilən ödənişlər
üçün aktivdir və bütün Birbanklılar üçün əlçatandır.
Məlumat üçün
bildirək ki, ötən il Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində "Baku
Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus
marşrutlarında, həmçinin "Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında
təmassız ödəniş (NFC) texnologiyası tətbiq edilib. "K Group” MMC (BakıKart) ilə
baş tutan bu əməkdaşlıq bütün yerli bank kartlarını əhatə edir.
Qeyd edək
ki, ictimai nəqliyyatda gediş haqqının
ödənilməsi, həmçinin NFC/QR texnologiyaları vasitəsilə həyata keçirilən
ödənişlərin texniki tərəfləri Bakı Metropoliteni və BakıKart sisteminin
idarəçiliyindədir. Bank ötürülən əməliyyat məlumatları əsasında, yalnız müəyyən
edilən məbləğin müştərinin hesabından silinməsi prosesini icra edir. Bu
səbəbdən sualı olan müştərilə ətraflı məlumat almaq üçün BakıKart-a müraciət
edə bilərlər.
Daim ən son
rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı
olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial
və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün birbank.az saytına, 196 Əlaqə
Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.
Şərhlər