"JTI Caucasus”
şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom” tütün qızdırma
sistemləri xəttinin ən yeni üzvü – "Ploom AURA” cihazının ölkədə rəsmi satışına
başlanıldığını elan edir. "Ploom X Advanced” modelinin yüksək nəticələri
fonunda, JTI-nin ən innovativ cihazı olan Ploom AURA Bakı şəhərindəki seçilmiş
satış nöqtələrində və onlayn olaraq rəsmi www.ploom.az vebsaytında təqdim olunacaq.
"Ötən il
Azərbaycanda ‘Ploom X Advanced’ cihazının təqdimatı ilə qızdırılan tütün
kateqoriyasında innovativ bir başlanğıc etdik və qısa müddətdə
istehlakçılarımızın yüksək etimadını və rəğbətini qazandıq. Bazarda əldə
etdiyimiz bu böyük uğur və yaranan güclü tələbat bizə bu kateqoriyadakı
varlığımızı daha da genişləndirmək üçün əla bir zəmin yaratdı. Bu gün ‘Ploom’ ailəsinin
ən son texnoloji üstünlüklərə və erqonomik dizayna sahib yeni üzvü – ‘Ploom AURA
modelini Azərbaycan istehlakçılarına təqdim etməkdən qürur duyuruq. Bu addım
JTI şirkətinin az riskli məhsullar sahəsinə, keyfiyyətə və fəaliyyət
göstərdiyimiz cəmiyyətin innovativ gələcəyinə olan sadiqliyinin növbəti bariz
göstəricisidir”, deyə "JTI
Caucasus” şirkətinin baş direktoru Tomas Adams bildirib.
Azərbaycan, Ploom
markasının ən son innovasiyalarının tətbiq olunduğu strateji bazarlardan biri
kimi mövqeyini möhkəmləndirməyə davam edir. Bu təqdimat, brendin Yaponiya,
Polşa, İtaliya və Çexiya da daxil olmaqla, təxminən 30 bazarda əldə etdiyi
davamlı inkişafın növbəti mərhələsidir. 2026–2028-ci illər ərzində JT Group
dünya üzrə azaldılmış riskli məhsullara, ilk növbədə isə qızdırılan tütün
məhsulları kateqoriyasına təxminən 800 milyard yapon yeni həcmində investisiya
yatırmağı planlaşdırır.
Yaponiyadan
Üstün Texnologiya və Erqonomik Dizayn
"Ploom AURA” cihazı
Yaponiyanın qabaqcıl texnoloji irsini və estetikasını özündə birləşdirir.
Təkmilləşdirilmiş HeatFlow™ texnologiyası sayəsində cihaz tütün çubuqları ilə
isitmə elementi arasında birbaşa təmas yaratmadan, istiliyi hava axını
vasitəsilə bərabər şəkildə paylayır. Bu isə tüstüsüz, külsüz, unikal və daha
zəngin tütün təcrübəsini təmin edir.
Cihaz vizual olaraq
minimalist, erqonomik və zərif dizayn xətlərinə sahibdir. Rahat istifadə üçün
optimallaşdırılmış idarəetmə interfeysi və LED indikatorlar vasitəsilə
batareyanın səviyyəsi, cihazın istifadəyə hazır olması və digər vacib
göstəricilər istifadəçiyə aydın şəkildə ötürülür.
"Ploom Aura”
cihazının əsas üstünlükləri:
·Təkmilləşdirilmiş
sessiyalar: Cihaz optimal
temperatur rejimi, fərdiləşmiş qızdırma rejimləri və xüsusi vaxt idarəetməsi
ilə hər bir sessiya zamanı stabil və zəngin dad təcrübəsi təqdim edir.
·Yüksək
batareya performansi və etibarlılıq: Tam şarj olunduqdan sonra batareya ardıcıl və
uzunmüddətli istifadə imkanı yaradır. Müasir USB-C portu vasitəsilə sürətli
enerji yığma funksiyasına malikdir.
·Premium
erqonomika və fərdilik:Ələ mükəmməl oturan kompakt dizaynı və müasir rəng seçimləri ilə istifadəçilərə
öz fərdi üslublarını vurğulamaq imkanı verir.
·Eksklüziv
tütün qarışıqları:"Sobranie” markalı xüsusi tütün çubuqları unikal ActivBlend™ və HeatFlow™
texnologiyalarının sinergiyası sayəsində balanslaşdırılmış, intensiv və
orijinal dad keyfiyyəti bəxş edir.
Əlavə məlumat
üçün əlaqə:
JTI Azərbaycan
Korporativ Əlaqələr
və Kommunikasiya
+994 512307817
[email protected]
JTI haqqında: "JT” Şirkətlər Qrupunun üzvü olan "JTI”
dünyanın 130-dan çox bazarında fəaliyyət göstərən aparıcı beynəlxalq tütün
şirkətidir. Şirkət "Winston” və "Camel” kimi dünya üzrə ikinci və üçüncü ən
böyük siqaret markalarının sahibidir. Digər qlobal markalara "MEVIUS” və "LD”
daxildir. "JTI” həmçinin "Ploom” qızdırılan tütün cihazı, "Logic” veypinq
cihazı və "Nordic Spirit” nikotin yastıqları ilə Az Riskli Məhsullar kateqoriyasında
güclü mövqeyə malikdir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən
şirkətin 46,000-dən çox əməkdaşı var və qlobal miqyasda ardıcıl olaraq "Qlobal
Ən Yaxşı İşəgötürən” ("Global Top Employer”) adına layiq görülən qabaqcıl
şirkətlərdəndir. Ətraflı məlumat üçün: www.jti.com.
Şərhlər