Ölkənin
birinci bankı Kapital Bank-ın aktivləri 30 iyun 2026-cı il
tarixinə 13,3 milyard manat təşkil
edib. Müştərilərə verilən kreditlərin həcmi isə 6
milyard manatdır.
30 iyun
2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərininhəcmi 10 milyard manat təşkil edib. Bankın 30 iyun 2026-cı il
tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi
və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Bankın xalis
mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 44%
arataraq 222 milyon manata çatıb.
Qeyd edək
ki, Kapital Bank "Moody's” və "Standard & Poor's” beynəlxalq reytinq
agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda
yüksək reytinqlər sırasındadır.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya
Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartısifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Şərhlər