Ölkənin birinci bankı Kapital Bank tərəfindən fond
bazarına təqdim edilən ümumi həcmi 50 milyon manat olan
istiqrazlarınyerləşdirilməsi5avqust 2026-cıil
tarixində Bakı Fond Birjasında başa çatıb.
Kapital Bank istiqrazlarına həm fiziki, həm də
hüquqi şəxslər tərəfindən yüksək maraq göstərilib.
Belə ki, abunə yazılışında toplanan
sifarişlərin həcmi buraxılış
həcmindən 3 dəfəyə yaxın çox olub.
Abunə yazılışınaümumilikdə 330-dan
çoxinvestortərəfindən 146 milyon manatdan
çoxsifariş verilib. Ümumilikdə, istiqrazların alınması
üçün 314fiziki şəxs tərəfindən 57 milyon manatdan
çoxsifariş verilibki, onların da 246 nəfəriBirbank
Invest tətbiqi vasitəsilə tam rəqəmsal şəkildəabunə yazılışında
iştirak edib.
Kapital Bank istiqrazlarına abunə yazılışı həm Birbank Invest tətbiqi, həm də Kapital Bank/Birbank filialları vasitəsilə həyatakeçirilib. Birbank
Investplatforması investorlarayerli və xarici maliyyə bazarlarında
investisiya əməliyyatlarını tam rəqəmsal şəkildə həyata keçirmək imkanı təqdim edir.
Qeyd edək ki,Kapital Bank istiqrazlarının müddəti
1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz gəlirləri
investorlara aylıq ödənilir.Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital
İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı
və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da
mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan
kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya
məhsulları təklif etməyi hədəfləyir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13
Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri
barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Şərhlər