XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kənd sakinləri: "Yolumuzu pis günə qoydular, əllərindən boğaza yığılmışıq"
Ölkə20:44 18.11.2025

Kənd sakinləri: "Yolumuzu pis günə qoydular, əllərindən boğaza yığılmışıq"

Oğuz rayonunun Calud kəndinin sakinləri uzun illərdir yol problemi ilə üz-üzə qalıblar.
2300-dən çox sakinin yaşadığı kənddə bu ilin yay aylarında 4 kilometrlik yeni yolun çəkilişinə başlanılsa da, işlər yarımçıq saxlanılıb. Sakinlərin sözlərinə görə, təmir işlərinin dayandırılması vəziyyəti daha da çətinləşdirib.
"Pis vəziyyətə qoyub gediblər. Toz-torpaq ev-eşiyə dolur, boğaza yığılmışıq. Yolumuz əvvəl bundan yaxşı idi", - deyə kənd sakini Nüsrət Rzayev bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: