XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb
Ölkə09:09 23.07.2026

Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan Qaynarinfo-ya verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.