Birbank-ın digər banklarda kredit öhdəliyi olan müştərilərüçün
sərfəli kampaniyasının müddəti uzadıldı.Belə ki, digər banklardakı
kreditlərini Birbank-a gətirən müştərilər 6%-dək endirim qazanır.
30 iyun tarixinədək davam edəcək kampaniya müştərilərə yalnız daha
sərfəli faiz şərtləri deyil, həm də aylıq kredit ödənişlərini azaltmaq və bütün
kredit öhdəliklərini bir yerdən daha rahat idarə etmək imkanı yaradır.
Kampaniya çərçivəsində Kapital Bank-dan və ya istənilən digər bankdan
əməkhaqqı və ya təqaüd alan şəxslər 50 000 manatadək nağd pul kreditini 59
ayadək müddətə əldə edə bilərlər.
Birbank-ın təqdim etdiyi yeni imkan xüsusilə bir neçə kredit ödənişi
olan və daha rahat maliyyə idarəçiliyi axtaran müştərilər üçün əlverişli
həlldir. Kreditlərin bir mərkəzdə
birləşdirilməsi həm ödəniş prosesini sadələşdirir, həm də maliyyə yükünü daha
rahat planlaşdırmağa imkan verir.
Kampaniyadan yararlanmaq istəyənlər onlara ən yaxın Kapital
Bank/Birbank filialına yaxınlaşaraq bu fürsəti dəyərləndirə bilərlər.
Ətraflı məlumat üçün link: www.b-b.az/rkpr
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartısifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Şərhlər