"Kristal”ın premium "Royal Residence” layihəsində təmirə hazır mənzillərin
satışı elan olunub!
"Kristal”ın paytaxtın prestijli ərazilərindən biri olan Nəsimi
rayonunda həyata keçirdiyi "Royal Residence” layihəsi müasir şəhər həyatına yeni baxış gətirir. Komfort, təhlükəsizlik
və memarlıq estetikasını bir araya gətirən layihə sakinlərinə şəhərin mərkəzində
yüksək həyat standartları təqdim edir.
C.Məmmədquluzadə
küçəsi 83 ünvanında yerləşən "Royal Residence” əlverişli lokasiyası ilə
seçilir. Layihə paytaxtın əsas nəqliyyat arteriyalarına, metro stansiyalarına,
təhsil müəssisələrinə, səhiyyə mərkəzlərinə və iri ticarət obyektlərinə
yaxınlığı sayəsində sakinlərin gündəlik həyatını daha rahat və səmərəli təşkil
etməsinə imkan yaradır. Şəhərin dinamik ritmi ilə ayaqlaşmaq istəyənlər üçün bu
məkan ideal seçim hesab olunur.

"Royal Residence” layihəsinin əsas
üstünlüklərindən biri geniş və funksional mənzil planlaşdırmalarıdır. Layihə
çərçivəsində təqdim olunan 122.04, 187.46 m² və 260.52 m² eksklüziv mənzillər
geniş yaşam sahəsinə üstünlük verən ailələrin tələblərinə cavab verir.
Düşünülmüş planlaşdırma, geniş otaqlar və komfortlu yaşayış mühiti burada hər
detalın sakinlərin rahatlığı üçün nəzərdə tutulduğunu göstərir.
Memarlıq
baxımından da layihə xüsusi diqqət cəlb edir. Binanın möhtəşəm fasad həlli,
estetik görünüşü və zərif memarlıq üslubu ona fərqli status qazandırır. "Royal
Residence” yalnız yaşayış binası deyil, həm də şəhər memarlığına dəyər qatan
nümunələrdən biri kimi qiymətləndirilə bilər.
.jpg)
"Royal
Residence” layihəsi şəhərin mərkəzində yaşamağın üstünlüklərini yüksək komfort
və prestijlə birləşdirərək sakinlərinə fərqli həyat tərzi təqdim edir. Müasir
memarlıq, keyfiyyətli tikinti həlləri, geniş mənzil seçimləri və əlverişli yerləşmə
üstünlükləri layihəni paytaxtın seçilən yaşayış komplekslərindən birinə
çevirir.
Ətraflı məlumat
əldə etmək üçün *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.
"Kristal” – xəyallarını inşa edir.
Ətraflı məlumat:*1544
Ünvan: Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 83
kristal.az
Şərhlər