"Kristal" və "Hansgrohe" gələcək
layihələr üzrə əməkdaşlıq memorandumu imzalayıb
6 avqust 2026-cı ildə Azərbaycanın aparıcı tikinti
şirkətlərindən biri olan "Kristal" ilə premium sanitar avadanlıqları
və hamam həlləri sahəsində dünyanın tanınmış brendlərindən
"Hansgrohe" arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma
Memorandumu imzalanıb.

Memorandum "Kristal"ın Müşahidə Şurasının sədri
Mahayət Nəbiyev və "Hansgrohe SE"-nin Baş İcraçı Direktoru (CEO)
Hans-Yürgen Kalmbax tərəfindən imzalanıb.

Anlaşma tərəflərin Azərbaycanda həyata keçiriləcək tikinti
və interyer layihələri üzrə əməkdaşlığının genişləndirilməsinə yönəlib.
Memorandum çərçivəsində gələcək layihələrdə innovativ həllərin tətbiqi, məhsul
seçimi və texniki dəstək, dizayn və layihələndirmə proseslərinin
əlaqələndirilməsi, eləcə də dayanıqlılıq və enerji səmərəliliyinə əsaslanan
yanaşmalar üzrə birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi nəzərdə
tutulur.

İmzalanan memorandum "Kristal" və
"Hansgrohe" arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində
atılmış mühüm addım olmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda həyata
keçirilən müasir tikinti layihələrinə inteqrasiyasına və keyfiyyət standartlarının
daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.
kristal.az
Şərhlər