"Kristal" WUF13 beynəlxalq forumunda dayanıqlı şəhər inkişafı konsepsiyasını təqdim edib
Tikinti
və daşınmaz əmlak sektorunda keyfiyyətli və innovativ layihələri ilə tanınan "Kristal" Bakıda keçirilən World Urban Forum 13 (WUF13) beynəlxalq forumunda
iştirak edib. Şirkət xüsusi stendi ilə çıxış edərək paytaxtın müxtəlif
ərazilərindəki yaşayış komplekslərini, müasir şəhərsalma yanaşmalarını və premium
yaşayış konsepsiyalarını nümayiş etdirib.
Stendin mərkəzini "City Garden
Narimanov" layihəsinin maketi təşkil edib. Ümumi ərazisi 21 hektar
olan bu kompleksin 17,3 hektarı — yəni ərazinin böyük əksəriyyəti — yaşıllıqla
əhatələnilib."City Garden
Narimanov" sakinlərinin gündəlik ehtiyaclarının əksəriyyətini kompleks
daxilindən ödəyəcək şəkildə planlaşdırılıb. Məktəb, uşaq baxçası, ticarət
mərkəzi, iaşə obyektləri, klinika və fitness mərkəzi kimi infrastrukturları
özündə birləşdirən kompleks sakinlərinin nəqliyyatdan istifadəsini minimuma
endirməyi hədəfləyir — bu da şəhər mühitinə ekoloji töhfənin ayrılmaz
hissəsidir.
Layihə, dayanıqlı
inkişaf məqsədlərini əsas götürən yanaşması ilə diqqət çəkib: binalarda günəş
panelləri quraşdırılır, yağış suları toplanaraq suvarma məqsədilə istifadə
olunur, istilik və soyutma xərclərini minimuma endirmək üçün keyfiyyətli
izolyasiya sistemləri tətbiq edilir.
Ümumilikdə
"Kristal” ekologiya amilini bütün layihələrinin əsasına qoyduğunu vurğulayır:
istifadə olunan materialların seçimindən tutmuş yaşıllıq sahələrinin
salınmasına qədər hər addımda ətraf mühitin qorunması meyarları nəzərə alınır.
"Kristal" WUF13-dəki iştirakı ilə dayanıqlı şəhər inkişafına verdiyi
önəmi bir daha nümayiş etdirib və gələcəkdə də innovativ, ekoloji cəhətdən
məsuliyyətli layihələrlə şəhər mühitinin inkişafına töhfə verəcəyini bildirib.
Forum çərçivəsində
"Kristal" nümayəndələri müxtəlif ölkələrdən gələn iştirakçılar,
investorlar və beynəlxalq təşkilat nümayəndələri ilə görüşlər keçirib,
şəhərsalma və daşınmaz əmlak sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Şərhlər