XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Lalə Şövkətin partiyası komissiya yaratdı - Əvəz Temirxandan açıqlama
Siyasət08:49 02.02.2023

Lalə Şövkətin partiyası komissiya yaratdı - Əvəz Temirxandan açıqlama

Azərbaycan Liberal Partiyasında İrəvan-Zəngəzur Komissiyası yaradılıb.
 
Bu barədə Qaynarinfo-ya partiyanın sədri Əvəz Temirxan məlumat verib.
Onun sözlərinə görə, əvvəllər bu komissiya İrəvan-Qrarabağ adında fəaliyyət göstərib:
"Qarabağ problemi artıq həll olunub. Bu səbəbdən komissiyanın adını dəyişib İrəvan-Zəngəzur Komissiyası qoyduq. Komissiyanın sədri ALP sədrinin müşaviri, nəsli bugünkü Hayastan - Ermənistanda qalmış və əsl sahiblərini gözləyən Dərələyəz mahalının İstisu-Cermux bölgəsindən qovulmuş Əli Ağalarovdur. 
Bahar Rüstəmli