Gənclərin inkişafına və maliyyə savadlılığının
artırılmasına daim dəstək verən Yelo Bank, növbəti sosial layihəsini
reallaşdırıb. Bank bu dəfə qapılarını LANDAU məktəbinin şagirdləri üçün açıb.
Bir həftə davam edən proqram çərçivəsində şagirdlər
hər gün Bankın müxtəlif strukturlarında qonaq olub, daxili iş proseslərini
yaxından izləyib və komanda ilə birlikdə real iş təcrübəsi qazanıblar. Bu praktiki
yanaşma gənclərə bankçılıq sahəsinin funksiyalarını dərindən anlamaq imkanı
yaradıb.
Layihənin yekun mərhələsi şagirdlərin maliyyə
savadlılığının artırılmasına həsr olunub. Keçirilən təlimdə gənclərə büdcə
planlaması, maliyyə hədəflərinin müəyyənləşdirilməsi və xərclərin düzgün
tənzimlənməsi metodları öyrədilib. İnteraktiv keçən müzakirələrdə şagirdlər
real həyat nümunələri üzərindən maliyyə qərarlarını necə qəbul etməli
olduqlarını mənimsəyiblər.
Proqramın yekununda gənc iştirakçılara uğurlu fəaliyyətlərinə
görə sertifikatlar təqdim olunub. Yelo Bank gələcək nəslin peşəkar inkişafına
və maliyyə dünyasına inteqrasiyasına yönəlmiş bu növ layihələri davam etdirməyi
hədəfləyir.
Bankdanlombard krediti əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər