XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müəllimləri daşıyan mikroavtobus aşdı: 20-yə yaxın yaralı var (YENİLƏNİB)
Ölkə09:01 24.09.2025

Müəllimləri daşıyan mikroavtobus aşdı: 20-yə yaxın yaralı var (YENİLƏNİB)

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.
Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
 09:01
Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.
"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.