XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nəriman "Benfika"ya qarşı da oynamayacaq
İdman18:04 07.09.2025

Nəriman "Benfika"ya qarşı da oynamayacaq

Ötən gün millinin heyətindən çıxarılan "Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin zədəsi ciddidir.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yığmanın düşərgəsində baldır nahiyəsindən zədə alan Axundzadə 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu isə onun sentyabrən 16-da UEFA Çempionlar Liqasının 1-ci turunda "Benfika” ilə matçda iştirak etməyəcəyi deməkdir.
Məlumatı klubdan saytımıza təsdiqləyiblər.