Stabil gəliriniz var, hər ay müəyyən
məbləği kənara qoya bilirsiniz. Amma sual budur: həmin pul sadəcə hesabda
qalmalıdır, yoxsa sizin üçün əlavə gəlir də yaratmalıdır?
AFB Bankın Pərakəndə Bankçılıq üzrə
İcraçı direktoru Pərviz Qasımovla "Həyat yığım hesabı”nın kimlər üçün
nəzərdə tutulduğu, hansı üstünlüklər verdiyi və 36 ay ərzində yığımı necə daha
effektiv idarə etməyin mümkün olduğu barədə danışdıq.
– Pərviz
müəllim, bazarda müxtəlif depozit və yığım məhsulları var. "Həyat yığım
hesabı”na niyə ehtiyac yarandı?
– Bazarda kifayət qədər böyük bir
müştəri qrupu var ki, onların stabil gəliri var və hər ay müəyyən məbləği yığa
bilirlər. Problem onların pul yığa bilməməsi deyil. Əsas sual budur ki, yığdıqları
vəsait nə qədər effektiv işləyir?
Məsələn, maaşla çalışan bir insan
hər ay gəlirinin bir hissəsini kənara qoyur. Amma bu vəsaiti ya adi hesabda
saxlayır, ya da ona uyğun, davamlı yığım imkanı tapmaqda çətinlik çəkir.
Digər tərəfdən, həyat yığım sığortası məhsulu bazarda müəyyən bir alternativdir, amma hər kəsin bu
imkanlara çıxışı yoxdur. Xüsusilə işlədiyi şirkət bu layihəyə qoşulmayan
şəxslər üçün seçimlər daha məhdud olur.
Biz "Həyat yığım hesabı”nı məhz bu
ehtiyacdan çıxış edərək yaratmışıq. Məqsədimiz yığım etməyi bacaran müştəriyə
deməkdir ki, əgər onsuz da hər ay pul ayırırsansa, qoy həmin pul sənin üçün
daha effektiv işləsin.
–
Deməli, bu məhsul yalnız maaşlı çalışanlar üçün deyil?
– Əlbəttə, yox. Biz burada iki əsas
müştəri qrupu görürük.
Birinci qrup stabil aylıq gəliri
olan muzdlu əhalidir. Bu insanlar mənzil üçün ilkin ödəniş, övladının
təhsili, avtomobil, gələcək investisiya və ya sadəcə şəxsi kapital yaratmaq
üçün hər ay pul ayıra bilirlər. Onlar üçün əsas məsələ həmin yığımı sistemli və
daha gəlirli formada idarə etməkdir.
İkinci mühüm qrup isə sahibkarlardır.
Sahibkarın biznesində pul daim
dövriyyədə olur. Amma o, eyni zamanda növbəti investisiya, ailəsi, övladlarının
gələcəyi və ya şəxsi planları üçün ayrıca kapital formalaşdırmaq istəyə bilər.
Belə halda hər dəfə biznesdən böyük
məbləğ çıxarmaq əvəzinə, mərhələli şəkildə şəxsi yığım yaratmaq daha rahat
yanaşma ola bilər. "Həyat yığım hesabı” sahibkara imkan verir ki, biznes və
şəxsi maliyyəsini bir-birindən daha düzgün ayırsın və gələcək məqsədi üçün
ayrıca vəsait formalaşdırsın.
Yəni məhsulun əsas auditoriyası pul
yığa bilməyənlər deyil. Pulunu daha ağıllı və effektiv şəkildə yığmaq
istəyənlərdir.
– "Həyat
yığım hesabı”nı ən sadə formada necə izah edərdiniz?
– Çox sadədir. Müştəri 100
AZN-dən başlayaraq 36 ay müddətinə özünə uyğun yığım planı qurur.
Hər ay seçdiyi tarix intervalında
hesabına vəsait əlavə edir. Bank isə məhsulun şərtlərinə uyğun olaraq aylıq
mədaxil edilən məbləğə birdəfəlik 18% gəlir hesablayır.
Burada vacib məqam budur ki, söhbət
klassik illik 18%-dən getmir. Müştərinin uyğun şərtlərlə həyata keçirdiyi aylıq
ödənişin üzərinə bir dəfə 18% gəlir hesablanır.
Ödəniş üçün üç tarix intervalından
birini seçmək mümkündür: ayın 1–10-u, 11–20-si və ya 21-dən ayın sonunadək. Bu
da həm maaşlı müştəriyə, həm də gəlir axını fərqli olan sahibkara öz
maliyyəsinə uyğun plan qurmağa imkan verir.
–
Müştərinin müəyyən ayda daha çox vəsaiti olarsa, onu da hesabına əlavə edə
bilərmi?
– Bəli. Məhsulun əsas
üstünlüklərindən biri də çevikliyidir.
İlk 18 ay ərzində müştərinin hesaba
əlavə etdiyi vəsaitə yuxarı limit qoyulmur. Yəni maaş alan şəxs bonus əldə edə
bilər, sahibkarın isə həmin ay daha yüksək gəliri ola bilər. Müştəri bu əlavə
vəsaiti də hesabına yönəldə bilər.
İlk 18 ay ərzində şərtlərə uyğun
olaraq yatırılan bütün məbləğlərə 18% gəlir hesablanır.
19–36-cı aylarda da hesaba daha çox
vəsait əlavə etmək mümkündür. Sadəcə həmin dövrdə gəlir ilk ay müəyyən edilmiş
aylıq məbləğ həcmində hesablanır.
Məsələn, müştəri ilk ay 1 000 AZN-lə
başlayıbsa, sonrakı dövr üçün gəlirin hesablanması həmin 1 000 AZN-lik baza
üzrə davam edir.
–
Məhsulun yığımla yanaşı kredit xətti təqdim etməsi nə verir?
– Məncə, bu, məhsulun ən maraqlı
tərəflərindən biridir.
Ənənəvi yanaşmada insan pulunu ya
yığır, ya da xərcləyir. Biz isə bu iki imkan arasında seçim etmək
məcburiyyətini azaltmağa çalışmışıq.
Müştəri yığdığı vəsaitin 70%-i
həcmində kredit limiti əldə edə bilər. Bu, ona yığımını davam etdirməklə
əlavə maliyyə imkanından istifadə etməyə şərait yaradır. Burada söhbət yalnız
gözlənilməz xərcdən getmir.
Müştərinin qarşısına yaxşı alış
imkanı çıxa bilər, səfər planlaya bilər, ailəsi ilə bağlı müəyyən xərc yarana
bilər və ya sahibkar üçün maraqlı bir fürsət ortaya çıxa bilər. Belə hallarda
o, mütləq öz yığımına toxunmaq məcburiyyətində qalmır.
Bu gün kredit kartları bazarda çox
vaxt sadəcə qısa müddətli borclanma aləti kimi qəbul edilir. Biz isə onu yığım
məhsulunun bir hissəsinə çeviririk.
Yəni müştəri bir tərəfdən öz kapitalını
formalaşdırır, digər tərəfdən isə həmin kapitalın yaratdığı əlavə maliyyə
imkanından istifadə edir.
– Sizcə,
bu məhsulun ən böyük fərqi nədir?
– Ən böyük fərq odur ki, burada
müştəri yalnız pul saxlamır.
O, eyni anda üç imkan əldə edir: müntəzəm
yığım yaradır, həmin yığımdan gəlir qazanır və formalaşdırdığı vəsait əsasında
əlavə kredit limitinə çıxış əldə edir. Bizim üçün vacib olan da budur.
Müştərinin pulu sadəcə hesabda
gözləməməlidir. O vəsait müştərinin gələcək məqsədlərinə xidmət etməli və eyni
zamanda bugünkü maliyyə imkanlarını da məhdudlaşdırmamalıdır.
Müddətin sonunda hesablanmış gəlirin
köçürülməsi üçün müştəriyə 48 aylıq Mono Platinum kart da hədiyyə
edilir.
– "Həyat
yığım hesabı” AFB Bankın pərakəndə bankçılıq yanaşması haqqında nə deyir?
– Biz pərakəndə bankçılığı yalnız
kredit, kart və depozit məhsullarının toplusu kimi görmürük.
İnsanların maliyyə davranışı və
ehtiyacları dəyişir. Müştəri artıq bankdan yalnız "pul ver” və ya "pulumu
saxla” cavabı gözləmir. O, vəsaitini daha ağıllı idarə etmək üçün həll istəyir.
Biz də məhsullarımızı real həyat
ssenariləri ətrafında qurmaq istəyirik.
Maaşlı müştərinin məqsədi ola bilər
ki, bir neçə ildən sonra mənzil alsın. Sahibkar növbəti investisiyası üçün
şəxsi kapital yaratmaq istəyə bilər. Valideyn övladının gələcəyi üçün vəsait
ayıra bilər.
Bankın işi həmin insanlara
məqsədlərinə uyğun maliyyə aləti təqdim etməkdir.
"Həyat yığım hesabı”nın əsas ideyası
da sadədir: pul sadəcə yığılmamalıdır, sizin üçün işləməlidir.
Şərhlər