Rabitəbank fəaliyyətinin 33-cü ilini
müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank yubiley münasibətilə Nağdpul krediti üzrə kredit faizinə 3%+3%, ümumilikdə isə
6%-dək endirim imkanı təqdim edir.
33
il ərzində milyonlarla müştərinin etibarını qazanan Rabitəbank bu əlamətdar
tarixi müştəriləri ilə birlikdə qeyd edərək onların maliyyə ehtiyaclarını daha
sərfəli şərtlərlə qarşılamağı hədəfləyir. Kampaniya çərçivəsində təqdim olunan
üstünlüklər müştərilərə planlarını daha rahat reallaşdırmaq, gözlənilməz
xərclərini qarşılamaq və maliyyə imkanlarını daha əlverişli şərtlərlə
genişləndirmək imkanı yaradır.
Kampaniya
çərçivəsində müştərilər 50 000 AZN-dək məbləğdə, 59 ayadək müddətə Nağd pul
krediti əldə edərək kredit faizinə 3%+3%, ümumilikdə isə 6%-dək endirim
fürsətindən yararlana bilərlər. Kampaniya 10 iyul 2026-cı il tarixinədək davam
edəcək.
Kampaniya
haqqında daha ətraflı məlumat əldə etmək üçün Rabitəbankın rəsmi internet səhifəsinə
daxil ola, 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya bankın istənilən filialına
müraciət edə bilərsiniz.
Onlayn kredit
müraciəti ilə prosesi daha da sadələşdirmək
mümkündür: https://rbt.az/33-il
Müştəri
məmnuniyyətini fəaliyyətinin əsas prioritetlərindən biri hesab edən Rabitəbank
33 il ərzində etibarlı tərəfdaş olaraq fərdi və biznes müştərilərinə innovativ
maliyyə həlləri təqdim edib. Bank bundan sonra da rahat bankçılıq təcrübəsini
inkişaf etdirərək müştərilərinə daha sərfəli məhsul və xidmətlər təqdim etməyə
davam edəcək.
Məlumat üçün bildirək ki, "Rabitəbank”
ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq” konsepsiyası
əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın
nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi,
rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə
dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları
"Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və
iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda
"Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi,
78 ATM-i, "Rabita Mobile”, "Rabita Junior” və "Rabita Business” tətbiqləri,
İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz
müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri
təqdim edir.
Şərhlər