Müştərilərinin maliyyə ehtiyaclarına rahat həllər təqdim edən Rabitəbank
lombard krediti üzrə sərfəli kampaniyasını davam etdirir.
Qızıl girovu müqabilində təqdim olunan lombard krediti vəsaitə
operativ çıxış imkanı yaradaraq gözlənilməz xərclərin, maliyyə ehtiyaclarının
qısa müddətdə qarşılanmasına şərait yaradır.
Kampaniya çərçivəsində 18–70 yaş aralığında olan və qızıl girovu təqdim
edən müştərilər 100 000 AZN-dək məbləğdə krediti 3 aydan 48 ayadək müddətə 4%-dək
faiz endirimi ilə rəsmiləşdirə bilərlər.
Lombard krediti haqqında ətraflı məlumat almaq və kredit sifarişini
rəsmiləşdirmək üçün linkə https://rbt.az/lombard-krdt keçid edə bilərsiniz.
Rahat bankçılıq prinsiplərinə sadiq qalan Rabitəbank müştərilərinin
ehtiyaclarına uyğun maliyyə həllərini davamlı olaraq təkmilləşdirərək, kredit məhsullarını
daha əlçatan, çevik və sərfəli etməyə davam edir.
Məlumat üçün bildirək ki, "Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət
göstərir və "Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan
maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon
manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar
komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə
davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası”nın
prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal
oğludur.
Hal-hazırda "Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə
ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile”, "Rabita Junior” və
"Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli
Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş
spektrli bank xidmətləri təqdim edir.
Şərhlər