XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Samuxda ağır yol qəzası: 3 nəfər öldü
Ölkə23:53 08.07.2026

Samuxda ağır yol qəzası: 3 nəfər öldü

Samuxda ağır yol qəzası baş verib.
"Report"un  məlumatına görə, hadisə rayon ərazisində, Kürqırağı kəndlərə gedən yolda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Samir Əhmədov (1975-ci il təvəllüdlü), Fəridə Əhmədova (1987) və Aqilə Alıyeva (1962) ölüb.
Qəza zamanı habelə 17 yaşlı Əhməd Əhmədov xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.