Türkiyənin aparıcı
e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından
biri "Trendyol”un Azərbaycandakı müştəriləri artıq "Trendyol Plus” loyallıq proqramından istifadə edə bilirlər.
"Trendyol Plus” sayəsində istifadəçilər xüsusi kampaniyalar, əlavə
imtiyazlar və daha əlverişli çatdırılma şərtlərinə çıxış imkanı əldə edərək
rahat alış-veriş təcrübəsi qazanırlar.
Abunəlik Azərbaycanda
ilk ay cəmi 1 AZN ödəniş tələb edən xüsusi promo təklif vasitəsilə aktivləşdirilir.
Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.
"Trendyol Plus” istifadəçiləri
hər ay 10 ödənişsiz çatdırılma imkanı ilə yanaşı, yalnız proqram üzvlərinə təqdim
olunan eksklüziv endirimlərdən yararlana bilirlər.
"Trendyol Plus”a
qoşulma prosesi olduqca sadədir. Xidmət Trendyol mobil tətbiqi və ya https://www.trendyol.com/ saytı üzərindən həyata keçirilir. İstifadəçilər
sadəcə "Trendyol Plus” bölməsinə daxil olaraqbir neçə toxunuşla abunəliyi aktivləşdirə bilərlər.
Trendyol
platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və bütün
kateqoriyalar üzrə geniş seçim imkanı yaradır.
Şərhlər