XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyənin ən varlı adamlarından birinə qarşı istintaq: Qadınları hədəfə alıb
Dünya13:00 06.06.2026

Türkiyənin ən varlı adamlarından birinə qarşı istintaq: Qadınları hədəfə alıb

Türkiyə ədliyyə naziri Akın Gürlək açıqlama verərək bildirib ki, sosial media platformalarında yayılan paylaşımlarda bir iş adamının açılış proqramında qadınları və müəyyən etnik kimliyə mənsub vətəndaşları hədəf aldığı ifadələrə görə İzmir Respublika Baş Prokurorluğu tərəfindən öz təşəbbüsü ilə istintaq başlanılıb.
Qaynarinfo-nun məlumatına görə, nazir qeyd edib ki, ədalətin tərəzisi heç kimin sərvətinə, tituluna və ya statusuna görə çəkmir: məhkəmə hər zaman insan ləyaqətini və hüququ qoruyur: "Qadınların şərəfini zədələyən, ləyaqətini incidən və cəmiyyətin həssaslıqları ilə uyğun olmayan ifadələr, kim tərəfindən deyilirsə deyilsin, qəbuledilməzdir".
O vurğulayıb ki, bu cür sözlərin lətifə və ya yumor adı altında deyilməsi də qadınlara və cəmiyyətin müəyyən bir hissəsinə yönəlmiş hörmətsizliyi azaltmır və hər cür ayrı-seçkilik yanaşmasına qarşı qəti mövqe davam etdiriləcək.
Məlumata görə, nazirin haqqında damışdığı iş adamı Rahmi Koçdur. O özü isə verdiyi açıqlamada üzr istədiyini bildirib: "Hər hansı kimliyi hədəf alma niyyəti daşımadığım sözlərim üçün səmimi şəkildə üzr istəyirəm. Kədərimi səmimiyyətlə bölüşmək istəyirəm".
Qeyd edək ki, Rahmi Koç "Koç Holdinq"in Direktorlar Şurasının fəxri sədridir. Məşhur iş adamı Vehbi Koçdan idarəetməni təhvil alan Rahmi Koç, Direktorlar Şurasının sədrliyini 4 aprel 2003-cü ildə oğlu Mustafa Koça təhvil verib. Onun Mustafa Koç, Ömer Koç və Ali Koç adlı üç oğlu var. Rahmi Koçun sərvəti təxminən 2,4 milyard dollardır və bu, onu "Forbes"in "Türkiyə Milyarderləri Siyahısı"nda yüksək yerdə qəraelaşmasına səbəb olur.
Aydın