XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ucarda 14 nəfər zəhərləndi
Ölkə17:58 30.12.2025

Ucarda 14 nəfər zəhərləndi

Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Qaynarinfo-ya Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", deyə məlumatda bildirilib.