Rəqəmsal bankçılıqda innovativ addımları ilə
seçilən Yelo Bank, müştərilərinə bütün bank hesablarını eyni tətbiqdən
nəzarətdə saxlamaq üstünlüyü təklif edir. Açıq Bankçılıq (Open Banking)
prinsipləri əsasında ərsəyə gələn bu yenilik sayəsində fərdi hesaba və ya bank
kartına sahib olan Yelo Bank müştəriləri artıq digər banklardakı hesablarını da
asanlıqla Yelo App-a əlavə edə biləcəklər.
Yeni funksiyanın müştərilər üçün əsas üstünlükləri:
* Bütün bank hesablarındakı qalıqları və
hərəkətləri eyni tətbiqdə görmək;
* Tətbiqlər arası keçid etmədən kart və hesab
qalıqlarını saniyələr ərzində yoxlamaq;
* Xərcləri vahid sistem üzərindən daha düzgün
idarə etmək.
Layihənin əsas prioriteti rəqəmsal rahatlıqla
yanaşı, həm də maksimum təhlükəsizlik və konfidensiallıqdır. Açıq Bankçılıq
qaydalarına uyğun olaraq, müştərinin maliyyə məlumatları yalnız və yalnız onun
şəxsi və rəsmi icazəsi (razılığı) müqabilində digər platformada əks olunur.
Açıq Bankçılıq xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının
standartlarına uyğun fəaliyyət göstərir.
Gələcəkdə Yelo App üzərindən digər bank hesabları
ilə birbaşa əməliyyatların icrası da mümkün olacaq. Bu rəqəmsal ekosistemə
qoşulmaq üçün elə indi Yelo App-i yükləyin: https://ylb.az/yeloapp.
Bank kalkulyatoru ilə bağlı əlavə
sualınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər