Yelo Bank ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə yeni və
iddialı bir kampaniyaya start verir. "Biznesinə xoş gələcək" adlı
kampaniya çərçivəsində, ilk dəfə onlayn biznes hesabı açan fərdi sahibkarlar və
hüquqi şəxslər geniş imtiyazlar paketi əldə edəcəklər.
12 may – 30 iyun tarixləri arasında keçərli olan kampaniyaya qoşulan
müştərilər, hesab açdıqları gündən etibarən 3 ay müddətində aşağıdakı bank
əməliyyatlarını tamamilə pulsuz (0% komissiya ilə) həyata keçirə bilərlər:
✔️Milli
valyutada ölkədaxili köçürmələr (həm adi, həm də təcili);
✔️Hesabdan
vəsaitlərin nağdlaşdırılması;
✔️Əməkhaqqı
layihəsi üzrə köçürmələr.
Üstəlik, kampaniyadan yararlanan bütün sahibkarlara 1 illik biznes kartı
hədiyyə olunur.
Yelo Bank-ın rəqəmsal həlləri bununla bitmir. Biznes müştəriləri
həmçinin onlayn hesab açılması, əməkhaqqı kartlarının sifarişi və smartfonu
POS-terminala çevirən Mobil POS xidmətinə qoşulma kimi imkanlardan da ödənişsiz
faydalana bilərlər.
Yelo Bank-ın məqsədi sahibkarlara yalnız ilk addımlarında deyil,
bizneslərinin hər bir inkişaf mərhələsində etibarlı və innovativ tərəfdaş
olmaqdır. Bu kampaniya gələcəkdə Bank ilə daha böyük və davamlı əməkdaşlığın
ilk parlaq səhifəsidir.
Kampaniyaya qoşulmaq istəyən fərdi sahibkarlar Yelo Business App, hüquqi
şəxslər isə Yelo İnternet Bankçılıq platforması üzərindən ilk onlayn biznes
hesablarını açaraq bu fürsətə sahib ola bilərlər.
Qeyd: Komissiyasız əməliyyat üstünlüyü kampaniya çərçivəsində cəmi 100
000 AZN-dək dövriyyə məbləği üçün keçərlidir. Yelo Bank real sektorun
ehtiyaclarını dərindən analiz edərək, sahibkarların gündəlik fəaliyyətini
asanlaşdıran və xərclərinə qənaət edən innovativ layihələrini davam etdirəcək.
Dahaətraflıməlumat: Yelo İnternet Bankçılıq - https://ylb.az/ibank; Yelo Business
App - https://ylb.az/businessapp.
Sərfəli şərtlərlə aqro kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər