Yelo Bank-ın dəstəyi ilə gənc xanımların inkişafını
və karyera imkanlarını genişləndirən "Violette Mentorship” proqramının növbəti
məzun günü keçirilib. Bankın ev sahibliyi etdiyi builki məzuniyyət tədbiri
15-25 yaş arası gənc qızların inkişaf resurslarına çıxışını qeyd etmək
baxımından maraqlı müzakirələr və böyük hədəflərlə yadda qalıb.
Tədbirdə çıxış edən Yelo Bank-ın İdarə Heyəti
sədrinin müavini Günay Cəlilova rəhbər vəzifələrdə qadınların rolunun
artırılmasının vacibliyini vurğulayıb. O, bəzi sahələrdə, xüsusilə də maliyyədə
qadın rəhbərlərin balansının hələ də aşağı olduğunu, lakin bu vəziyyətin ilbəil
pozitivə doğru dəyişdiyini qeyd edib. Bu müsbət tendensiyanın davamlı olması
üçün mentorluğun əhəmiyyətinə toxunan G.Cəlilova, hər bir məzunun gələcəkdə
özünün mentora çevrilməsinin və beləliklə, qadın inkişafını təmin edən böyük
bir "dəstək zənciri" formalaşdırmağın vacibliyini diqqətə çatdırıb.
Mərasim çərçivəsində keçirilən "Mentidən liderə: öz
hekayəsini yazan qadınlar” adlı panel müzakirəsində uğurlu qadın peşəkarlar öz
karyera yolları, qarşılaşdıqları çətinliklər və liderlik təcrübələri barədə
iştirakçılarla fikirlərini bölüşüblər. Paneldən sonra təşkil olunan 1 saatlıq
netvörkinq sessiyası isə mentor və mentilərin yaxından tanış olmasına və layihə
iştirakçılarının bir-biri ilə sıx şəbəkələşməsinə gözəl şərait yaradıb.
Tədbirin sonunda builki proqramı uğurla tamamlayan 33 məzuna təntənəli şəkildə
sertifikatlar təqdim olunub.
Yelo Bank gənc xanımların potensialını real uğura
çevirən və cəmiyyətdə pozitiv dəyişikliklərə yol açan bu cür sosial layihələrin
davamlılığını gələcəkdə davam etdirəcək.
Bankdan lombard krediti ilə
maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər