Bu həftə Yelo Bank-ın Baş Ofisi Bakı Urban
Həftəsinin kreativ və maraqlı dayanacaqlarından birinə çevrildi. WUF13
(Ümumdünya Urban Forumu) ərəfəsində Bank-ın dəstəyi və Resource HUB platforması
ilə tərəfdaşlıq çərçivəsində "Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici
Qüvvəsi Kimi” adlı tədbir keçirilib. Bu tədbir özəl sektor nümayəndələrini,
ABŞ, Almaniya, İtaliya kimi ölkələrdən beynəlxalq ekspertləri və iş dünyasının
liderlərini bir araya gətirib.
Tədbirin rəngarəng hissəsi olan "Qadınların İcma
Bazarı” qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Yelo Bank-ın Müşahidə
Şurasının sədri Marina Kulişova və Bank rəhbərliyi sərgi ilə yaxından tanış
olaraq, Azərbaycanın müxtəlif regionlarından gələn sahibkar xanımların təqdim
etdiyi eko-məhsullarla maraqlanıb, onların uğurlu biznes hekayələrini
dinləyiblər.
Günün davamında keçirilən beynəlxalq panel
müzakirəsində Yelo Bank-ın Mikro biznes müştəriləri üzrə icraçı direktoru Yaşar
Soltanov da çıxış edərək, maliyyə institutlarının dayanıqlı şəhər inkişafındakı
rolundan bəhs edib. O, Bankın sahibkar xanımlar üçün təklif etdiyi rəqəmsal
maliyyə həllərinin inklüziv ekosistemin qurulmasına verdiyi töhfələri
vurğulayıb.
Qadınların gücü və yaradıcı potensialı şəhərlərimizin, eləcə də
cəmiyyətimizin gələcəyini formalaşdıran əsas qüvvədir. Yelo Bank hər bir
xanımın öz biznes hekayəsini yazması və liderlik ambisiyalarını reallaşdırması
üçün bərabər imkanlar yaratmağa davam edəcək.
Qadin sahibkarlara
destek krediti axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər