XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Ölkə09:50 11.08.2026

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

Zaqatala rayonunda icra başçısının sürücüsünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Qaynarinfo.az -ın Oxu.az-a istinadla verdiyi məlumata görə, hadisə avqustun 9-da rayonun Muxax kəndinin girişində baş verib.

"Opel" və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Laçın Qüdrət oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2005-ci il təvəllüdlü İbadulla Əli oğlu Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zaqatala Rayob Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məlumata görə, hadisədə həyatını itirən L.Həsənov Zaqatala rayon icra başçısının sürücüsü olub.