Lənkəran şəhəri ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Qaynarinfo xəbər verir ki, sürücü Ü.Səfərli yol polisininin tələbinə əməl etməyərək hərəkətini davam etdirib.
Görülən tədbirlərlə o, saxlanılaraq barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətində inzibati qaydada həbs edilib.
Şərhlər