XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Cavad Rəcəbov: Mən onlara tərbiyəsiz deyirəm
Maqazin11:34 11.08.2026

Cavad Rəcəbov: Mən onlara tərbiyəsiz deyirəm

Müğənni Cavad Rəcəbov mahnılarını icazəsiz ifa edən həmkarlarını tənqid edib.

Sənətçi Qaynarinfo-ya açıqlamasında mahnılarını icazəsiz oxuyanları “tərbiyəsiz” adlandırıb:

“Ad çəkmirəm, hər kəs payını götürür. Bu, mənim yaralı yerimdir. 72 yaşım var və 60 ildir sənətdəyəm. İllər boyu oxuduğum mahnılar var. Mahnılarımı oxuyanlardan icazə alanlar da var, amma almayanlar daha çoxdur. Mən onlara tərbiyəsiz deyirəm. Bu gün qorxmadan, çəkinmədən deyirəm - mahnılarımı icazəsiz oxuyanlar tərbiyəsizdirlər. Mən pul istəmirəm. Bir kəlmə “Cavad Rəcəbov, sizin mahnınızı oxumaq istəyirəm” desəniz, nə olar? Bir adamı sayın da, nə olar”.

Cavad Rəcəbov sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə televiziya verilişlərində danışıb.

“Mənim elə mahnılarım var ki, radionun Qızıl Fondundadır. “Dan ulduzu” ansamblının vaxtından nə qədər mahnı oxumuşamsa, hamısı radionun Qızıl Fondundadır. Onların hər birinin ilk ifaçısı mən olmuşam”, deyə sənətçi bildirib.

Bahar Rüstəmli