Xalq artisti Niyaməddin Musayev bu yay istirahət üçün Azərbaycanın rayonlarından birini seçib.
Müğənni Qaynarinfo-ya açıqlamasında bildirib ki, onun üçün Azərbaycandan gözəl istirahət məkanı yoxdur:
“Xaricdə nə var ki? Bu insanlar xaricdə nə görürlər? Mənim üçün Azərbaycan bütün dünyadan gözəldir. Ölkəmizin hər yanı istirahət məkanıdır. Hazırda rayondayam, dincəlirəm. Bir azdan mövsüm açılışı olacaq, tədbirlər, toylar başlayacaq”.
Səhhəti ilə bağlı sualı cavablandıran Niyaməddin Musayev qısa danışıb:
“Hələ ki, yaşayırıq”.
Bahar Rüstəmli
Şərhlər