XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-da 94 meşə yanğını davam edir
Dünya16:32 10.08.2026

ABŞ-da 94 meşə yanğını davam edir

ABŞ ərazisində təxminən 100 iri meşə yanğını davam edir. Yanğınlar ölkə üzrə yanğınsöndürmə xidmətlərinin resurslarına ciddi yük yaradır.

Qayanrifno xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

"ABŞ-də 94 iri yanğınla 30 400-dən çox yanğınsöndürən mübarizə aparır", deyə məlumatda bildirilir.

Yanğınların böyük hissəsi Sakit okeanın şimal-qərb bölgəsində cəmləşib. Bu ərazidə 1,5 milyon hektardan çox sahə yanıb. Bu, ərazi baxımından Konnektikut ştatının sahəsindən böyükdür.

Daha əvvəl Vaşinqton ştatının şərqində meşə yanğınlarının təxminən 600 yaşayış evini, müəssisəni və digər tikilini məhv etdiyi bildirilmişdi. Hakimiyyət orqanlarının məlumatına görə, alovun yayılmasının qarşısını almaq mümkün olub. Təxminən 5 min evin sakini təxliyə edilib. Yanğınlar ştatın ikinci böyük şəhəri olan Spokan ətrafında 21 kvadratkilometr ərazini əhatə edib.

Aydın