XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İspaniyada Günəş tutulmasına görə təbii fəlakət təhlükəsi yarana bilər
Dünya17:07 11.08.2026

İspaniyada Günəş tutulmasına görə təbii fəlakət təhlükəsi yarana bilər

İspaniyaya Günəş tutulmasını izləmək üçün insanların kütləvi şəkildə gəlməsi yeni meşə yanğınlarına səbəb ola bilər.

Qaynarifno xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Şimali İspaniyaya təxminən 460 min insanın gələcəyi gözlənilir. Çünki bölgə Günəş tutulmasını müşahidə etmək üçün dünyada ən əlverişli məkanlardan birinə çevriləcək.

İspaniyanın ətraf mühit naziri Sara Aaqesenin sözlərinə görə, isti hava səbəbindən ölkədə bitki örtüyü hazırda olduqca qurudur. O bildirib ki, “ən kiçik qığılcım və ya ehtiyatsızlıq belə dağıdıcı meşə yanğınlarına səbəb ola bilər”.

İspaniya polisi çərşənbə günü avtomobillərlə təxminən 1,5 milyon əlavə səfərin həyata keçiriləcəyini bildirib. Hakimiyyət orqanları belə böyük nəqliyyat axınının kənd ərazilərində yanğın baş verəcəyi təqdirdə təcili yardım maşınlarının hadisə yerinə çatmasına mane ola biləcəyindən narahatdır.

Bu səbəbdən yol kənarlarında və quru bitki örtüyünün yaxınlığında avtomobillərin park edilməsinə, həmçinin manqal və fişənglərdən istifadəyə qadağa qoyulacaq.

Aydın