XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? (SİYAHI)
Ölkə18:18 11.08.2026

Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? (SİYAHI)

Ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 413 nəfər zərərçəkən qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, zərərçəkənlərin 1 176-sı qadın, 222-si kişi olub. Beləliklə, məişət zorakılığı nəticəsində zərərçəkənlərin təxminən 15,7 faizini kişilər təşkil edib.

Məişət zorakılığından zərər çəkən kişilərin sayına görə ilk sırada Abşeron rayonu gəlir. Burada zərərçəkənin 85-i qadın, 13-sü kişi olub. Kişi zərərçəkənlərin sayına görə ikinci yerdə Sabunçu və Xəzər rayonları qərarlaşıb. Hər iki rayonda 12 kişi məişət zorakılığının “qurbanı” olub. Binəqədi rayonunda isə 10 nəfər zərərçəkən kişi qeydə alınıb.

Ümumilikdə, rəsmi statistikaya əsasən, Azərbaycanda məişət zorakılığı nəticəsində 61 şəhər və rayonda kişilər ailə üzvləri tərəfindən zorakılığıa məruz qalıb.

Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkən kişilərin sayı rayonlar üzrə aşağıdakı kimi olub:

Abşeron rayonu – 13 nəfər

Sabunçu rayonu – 12 nəfər

Xəzər rayonu – 12 nəfər

Binəqədi rayonu – 10 nəfər

Sabirabad rayonu – 9 nəfər

Sumqayıt şəhəri – 8 nəfər

Göygöl rayonu – 8 nəfər

Beyləqan rayonu – 8 nəfər

Nizami rayonu – 7 nəfər

Xətai rayonu – 6 nəfər

Masallı rayonu – 6 nəfər

Şəmkir rayonu – 5 nəfər

Lənkəran rayonu – 5 nəfər

Ağdaş rayonu – 5 nəfər

Qaradağ rayonu – 4 nəfər

Nəsimi rayonu – 4 nəfər

Yasamal rayonu – 4 nəfər

Goranboy rayonu – 4 nəfər

Ağstafa rayonu – 4 nəfər

Balakən rayonu – 4 nəfər

Zaqatala rayonu – 4 nəfər

Nərimanov rayonu – 3 nəfər

Suraxanı rayonu – 3 nəfər

İsmayıllı rayonu – 3 nəfər

Qazax rayonu – 3 nəfər

Qusar rayonu – 3 nəfər

Siyəzən rayonu – 3 nəfər

Şabran rayonu – 3 nəfər

Tərtər rayonu – 3 nəfər

Astara rayonu – 3 nəfər

Kürdəmir rayonu – 3 nəfər

Ucar rayonu – 3 nəfər

Saatlı rayonu – 3 nəfər

Qax rayonu – 3 nəfər

Hacıqabul rayonu – 3 nəfər

Şirvan şəhəri – 3 nəfər

Culfa rayonu – 2 nəfər

Ağsu rayonu – 2 nəfər

Gədəbəy rayonu – 2 nəfər

Xaçmaz rayonu – 2 nəfər

Quba rayonu – 2 nəfər

Cəlilabad rayonu – 2 nəfər

Yevlax rayonu – 2 nəfər

Şəki rayonu – 2 nəfər

Biləsuvar rayonu – 2 nəfər

Laçın rayonu – 2 nəfər

Səbail rayonu – 1 nəfər

Samux rayonu – 1 nəfər

Naxçıvan şəhəri – 1 nəfər

Ordubad rayonu – 1 nəfər

Şahbuz rayonu – 1 nəfər

Şamaxı rayonu – 1 nəfər

Ağdam rayonu – 1 nəfər

Füzuli rayonu – 1 nəfər

Mingəçevir şəhəri – 1 nəfər

Zərdab rayonu – 1 nəfər

İmişli rayonu – 1 nəfər

Qəbələ rayonu – 1 nəfər

Oğuz rayonu – 1 nəfər

Neftçala rayonu – 1 nəfər

Salyan rayonu – 1 nəfər

Məlumat üçün bildirək ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda məişət zorakılığı qohum olan ailə üzvlərinə birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması kimi təsbit olunub.

Onu da bildirək ki, aşağıda adları qeyd olunan 25 şəhər və rayonda isə kişilərə qarşı zorakılıq olmayıb:

Pirallahı rayonu

Xızı rayonu

Babək rayonu

Kəngərli rayonu

Sədərək rayonu

Şərur rayonu

Qobustan rayonu

Gəncə şəhəri

Naftalan şəhəri

Daşkəsən rayonu

Xankəndi şəhəri

Ağcabədi rayonu

Ağdərə rayonu

Bərdə rayonu

Xocalı rayonu

Xocavənd rayonu

Şuşa rayonu

Tovuz rayonu

Lerik rayonu

Yardımlı rayonu

Göyçay rayonu

Cəbrayıl rayonu

Kəlbəcər rayonu

Qubadlı rayonu

Zəngilan rayonu