XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Çempionlar Liqası: "Sabah" cavab matçına çıxacaq
İdman09:13 11.08.2026

Çempionlar Liqası: "Sabah" cavab matçına çıxacaq

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarka təmsilçisi "Orhus"la cavab matçına çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.

Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.

Komandalar arasında Danimarkada baş tutan ilk oyunda "Orhus" 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Bakı klubu "Orhus"u mübarizədən kənarlaşdıracağı təqdirdə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Azərbaycan çempionu Danimarka təmsilçisinə məğlub olacağı təqdirdə isə UEFA Avropa Liqasının pley-off mərhələsində "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

11 avqust

20.00 Sabah (Azərbaycan) - Orhus (Danimarka)

Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier (Fransa).

VAR: Bastien Deşepi (Fransa).

AVAR: Nikolya Rainvill (Fransa).

"Bank Respublika Arena".

İlk oyun - 1:2.