XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tahir Gözel: "2026/27 mövsümünə böyük hədəflərlə start verdik"
İdman10:30 11.08.2026

Tahir Gözel: "2026/27 mövsümünə böyük hədəflərlə start verdik"

"Qarabağ" 2026/2027 mövsümünə böyük hədəflərlə start verib.

Qaynarinfo-nun məlumatına görə, bunu Ağdam təmsilçisinin prrezidenti Tahir Gözel UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə cavab oyunu ərəfəsində klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandanı qarşıda çox ciddi və məsuliyyətli sınaqlar gözlədiyini vurğulayıb:

"Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/2027 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı qarşılaşmaları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın "Qarabağ"a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm. Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar yaşamışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar".

Klub rəhbəri azarkeşlərə səslənib:

"İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. "Dinamo" ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir.

Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və "Qarabağ"ımıza olan inamımızı tribunadan hiss etdirək".