UEFA Super Kuboku uğrunda oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, Avstriyanın Zalsburq şəhərindəki "Red Bull Arena"da Fransanın PSJ və İngiltərənin "Aston Villa" komandaları üz-üzə gəlib.
Matçın baş hakimi Somalidən FIFA referisi Ömər Abdulkadir Artan olub. Oyun Fransa klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
PSJ-nin heyətində Xviça Kvaratsxeliya və Desire Due fəeqlənib. "Aston Villa"nın qoluna isə Brayan Madjo imza atıb.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının, "Aston Villa" isə Avropa Liqasının son qalibidir.
Paris təmsilçisi tarixində üçüncü dəfə UEFA Super Kuboku uğrunda mübarizə aparıb. "Aston Villa" isə həmin titulu 1982-ci ildə qazanıb.
Şərhlər