XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

2020-ci il üçün "Qızıl top"u Levandovskiyə verməyi düşünür - 4 il sonra...
İdman14:08 14.05.2024

2020-ci il üçün "Qızıl top"u Levandovskiyə verməyi düşünür - 4 il sonra...

Robert Levandovski 2020-ci ilə görə "Qızıl top" mükafatına layiq görülə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Xatırladaq ki, 2020-ci ildə həmin vaxt "Bavariya"da çıxış edən Levandovski 47 matçda 55 qol vurub. Bununla belə, "Qızıl top" mükafatı koronavirus pandemiyası səbəbindən ləğv edilib.
2021-ci ildə mükafat Lionel Messiyə verilib və polşalı hücumçu ikinci olub.
Nəşr xəbər verir ki, "France Football" 2020-ci ilə görə "Qızıl top"u Levandovskiyə verməyi düşünür. Fransız jurnalının rəhbərləri hesab edirlər ki, bunun sayəsində nüfuzunu itirməkdən qaça biləcəklər.
Qeyd edək ki, "Qızıl top" mükafatı 1956-cı ildən bəri ilin ən yaxşı futbolçusuna verilir. 2020-ci il tarixdə mükafatın verilmədiyi yeganə ildir. 
Nizami Bağırov